QR CodeQR Code

Anar Məlikovun işində yenilik var

Mediaforum , 27 May 2013 21:15

İslamtimes -İlahiyyatçı Tale Bağırovla birgə həbs olunan Anar Məlikovun maşınından çıxan silahın ekspertizası aparılacaq.


İlahiyyatçı Tale Bağırovla birgə həbs olunan Anar Məlikovun maşınından çıxan silahın ekspertizası aparılacaq. Bunu vəkil Bəxtiyar Hacıyev deyib. O bildirib ki, silahın ekspertizası tələbi ilə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqi qarşısında qaldırdığı vəsatət təmin olunub: “Yəqin ki, 10 gün ərzində silah ekspertizaya göndəriləcək”.

Anar Məlikov martın 31-də tutulub və aprelin 13-dək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıb. Hazırda o, Bakı İstintaq Təcridxanasındadır. Rəsmi məlumata görə, Anar Məlikovun üstündən “Makarov” tipli tapança, 4 patron və 1 bıçaq çıxıb.

Vəkil deyib ki, Anar Məlikovun işi ilə bağlı hal şahidi yoxdur: “Adətən belə şahidlər polislərin qohumlarından və ya polis idarəsinin qarşısındakı sürücülərdən olur. Amma bu dəfə nədənsə istintaq hal şahidi tapmağa çətinlik çəkir”.


Story Code: 268055

News Link :
https://www.islamtimes.org/az/news/268055/anar-məlikovun-işində-yenilik-var

Islam Times
  https://www.islamtimes.org