QR CodeQR Code

"Rusiya Suriyayla “S-300” müqaviləsinə sadiqdir"

28 May 2013 07:47

IslamTimes - Bəzi media vasitələrində yayılan dezinformasiyaları şərh edən suriyalı səfir belə deyib


Rusiya Suriyaya S-300 raketlərinin satılmasını dayandırmayacaq.  Bu barədə Suriyanın Rusiyadakı səfiri Riyad Həddad məlumat verib.
 Səfirin sözlərinə görə, Rusiyayla Suriya arasındakı hərbi-texniki sahədə əməkdaşlıq müqavilələrində heç bir dəyişiklik edilməyib və tərəflər arasındakı anlaşmaların şərtləri heç bir dəyişikliyə məruz qalmadan icra ediləcək.
 
Qeyd edək ki, səfir bəzi KİV-lərdə yayılan Rusiyanın Suriyaya S-300 raketlərini satmaqdan imtina etməsi barədə xəbərləri şərh edərkən belə deyib.  /islamazeri/


Story Code: 268127

News Link :
https://www.islamtimes.org/az/news/268127/rusiya-suriyayla-s-300-müqaviləsinə-sadiqdir

Islam Times
  https://www.islamtimes.org