0
Tuesday 28 May 2013 - 07:47

"Rusiya Suriyayla “S-300” müqaviləsinə sadiqdir"

Story Code : 268127
"Rusiya Suriyayla “S-300” müqaviləsinə sadiqdir"
Rusiya Suriyaya S-300 raketlərinin satılmasını dayandırmayacaq.  Bu barədə Suriyanın Rusiyadakı səfiri Riyad Həddad məlumat verib.
 Səfirin sözlərinə görə, Rusiyayla Suriya arasındakı hərbi-texniki sahədə əməkdaşlıq müqavilələrində heç bir dəyişiklik edilməyib və tərəflər arasındakı anlaşmaların şərtləri heç bir dəyişikliyə məruz qalmadan icra ediləcək.
 
Qeyd edək ki, səfir bəzi KİV-lərdə yayılan Rusiyanın Suriyaya S-300 raketlərini satmaqdan imtina etməsi barədə xəbərləri şərh edərkən belə deyib.  /islamazeri/
Comment