QR CodeQR Code

Lavrov: Cenevrə 2 sülh konfransının təxirə salınmasında Suriya müxalifəti məsuliyyət daşıyır

Islamtimes , 11 Jun 2013 21:26

İslamtimes - Rusiya xarici işlər naziri Serqey Lavrov deyib ki, Suriyada halhazırda mövcud olan münaqişəni sülh yolu ilə həll etməyi nəzərdə tutan Cenevrə 2 beynəlxalq sülh konfransının təxirə düşməsində əsas məsuliyyəti Suriya müxalifəti daşıyır.


islamtimes.org/az/ - ABŞ-ın CBS telekanalına müsahibə verən Lavrov deyib: “Və amerikalı rəsmilər də dərk edirlər ki, xarici sponsorların pul yatırtmaq istədikləri milli koalisiya nəinki danışıqlar aparmağa hazırdırlar, onlar hətta koalisiyaya kimin rəhbərlik etməsi haqqında belə qərara gələ bilmirlər.”

Suriya məsələsində planlaşdırılmış beynəlxalq konfransın təxirə salınmasında müxaliftəin məsuliyyət daşıyıb-daşımadığı haqqında suala Lavrov “hə” cavabını verib.

O deyib: “Bu çox təəssüfləndiricidir, çünki daim Suriya xalqı ilə bir yerdə olan və heç vaxt Suriyanı tərk etməyən bir sıra konstruktiv qruplar da bu koalisiyaya daxildir.”

2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir. Xaricdən dəstək alan silahlı üsyançılar münaqişə zamanı ordu və təhlükəsizlik qüvvələri də daxil olmaqla xeyli sayda dinc insanların həlak olmasına səbəb olublar.

Suriya hökuməti münaqişəsinin xaricdən qızışdırıldığını demiş və bildirmişdir ki, Suriya hökumətinə qarşı döyüşən üsyançıların əksəriyyəti xarici vətəndaşlardan ibarətdir.


Story Code: 272689

News Link :
https://www.islamtimes.org/az/news/272689/lavrov-cenevrə-2-sülh-konfransının-təxirə-salınmasında-suriya-müxalifəti-məsuliyyət-daşıyır

Islam Times
  https://www.islamtimes.org