QR CodeQR Code

Anar Məlikovun maşınından çıxan silah ekspertiza olunub !

Mediaforum , 19 Jun 2013 14:35

İslamtimes - Anar Məlikov martın 31-də həbs olunub.


İlahiyyatçı Tale Bağırovla birgə həbs olunan Anar Məlikovun maşınından çıxan silahın ekspertizası başa çatıb. Məlumatı “Media forum”a vəkil Bəxtiyar Hacıyev verib.

Vəkil bildirib ki, silahda Anar Məlikovun barmaq izləri aşkarlanmayıb: “Ekspert rəy verib ki, silah qeyri-peşəkar qablaşdırıldığından onun üzərində hər hansı izləri müəyyən etmək mümkün olmayıb. Bu situasiyada cinayət-prosessual qanunvericiliyin tələbləri ondan ibarətdir ki, şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunsun. Biz məhkəmədə bununla bağlı vəsatətlə çıxış edəcəyik”.

Vəkil bildirib ki, Anar Məlikovun istintaqı yekunlaşmaq üzrədir: “Çox güman ki, iş Sabunçu Rayon Məhkəməsinə göndəriləcək”.

Anar Məlikov martın 31-də həbs olunub. Rəsmi məlumata görə, Anar Məlikovun üstündən “Makarov” tipli tapança, 4 patron və 1 bıçaq çıxıb.


Story Code: 274962

News Link :
https://www.islamtimes.org/az/news/274962/anar-məlikovun-maşınından-çıxan-silah-ekspertiza-olunub

Islam Times
  https://www.islamtimes.org