0
Wednesday 19 June 2013 - 14:35

Anar Məlikovun maşınından çıxan silah ekspertiza olunub !

Story Code : 274962
Anar Məlikovun maşınından çıxan silah ekspertiza olunub !
İlahiyyatçı Tale Bağırovla birgə həbs olunan Anar Məlikovun maşınından çıxan silahın ekspertizası başa çatıb. Məlumatı “Media forum”a vəkil Bəxtiyar Hacıyev verib.

Vəkil bildirib ki, silahda Anar Məlikovun barmaq izləri aşkarlanmayıb: “Ekspert rəy verib ki, silah qeyri-peşəkar qablaşdırıldığından onun üzərində hər hansı izləri müəyyən etmək mümkün olmayıb. Bu situasiyada cinayət-prosessual qanunvericiliyin tələbləri ondan ibarətdir ki, şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunsun. Biz məhkəmədə bununla bağlı vəsatətlə çıxış edəcəyik”.

Vəkil bildirib ki, Anar Məlikovun istintaqı yekunlaşmaq üzrədir: “Çox güman ki, iş Sabunçu Rayon Məhkəməsinə göndəriləcək”.

Anar Məlikov martın 31-də həbs olunub. Rəsmi məlumata görə, Anar Məlikovun üstündən “Makarov” tipli tapança, 4 patron və 1 bıçaq çıxıb.
Source : Mediaforum
Comment