QR CodeQR Code

Rasmussen türk köməkçisinin yerinə almaniyalını təyin edib

2 Jul 2013 09:40

IslamTimes - NATO-nun baş katibi Anders Foq Rasmussen vəzifə müddətlərini başa vurmuş köməkçilərini yeniləri ilə əvəzləyib.


Belə ki, Rasmussen yeganə türk köməkçisi olan Hüseyn Diriözün yerinə bir almaniyalını təyin edib. Türk mətbuatı xəbər verir ki, 2014-cü ildə vəzifə müddəti bitəcək Rasmussen vaxt itirmədən bu seçimini xələfinə buraxmayıb.
 
Rasmussen Hüseyn Diriözün yerinə Türkiyənin namizəd göstərdiyi Basatın Öztürkü deyil, almaniyalı diplomatı seçib. NATO-nun baş katibi eyni zamanda Yunanıstan səfiri Terri Stamopoulosu siyasi məsələlər üzrə məsul köməkçi təyin edib. Bundan başqa Stamopoulos Cənubi Kipr və İsrail ilə əlaqələrə cavabdeh şəxs olacaq.
 
Ankara isə bununla bağlı artıq öz narahatlığını Rasmussenə çatdırıb. /anspress/


Story Code: 278750

News Link :
https://www.islamtimes.org/az/news/278750/rasmussen-türk-köməkçisinin-yerinə-almaniyalını-təyin-edib

Islam Times
  https://www.islamtimes.org