QR CodeQR Code

Təhrir meydanında hollandiyalı jurnalist zorlandı

4 Jul 2013 11:48

IslamTimes - Etiraz aksiyasını işıqlandırmaq üçün Təhrir meydanına gələn hollandiyalı jurnalist bir qrup etirazçı tərəfindən cinsi təcavüzə məruz qalıb.


"IslamTimes"-ın verdiyi xəbərə əsasən, xalqın etiraz aksiyasını işıqlandırmaq üçün Təhrir meydanına gələn hollandiyalı jurnalist bir qrup etirazçı tərəfindən cinsi təcavüzə məruz qalıb.
 
Bu hadisə eynilə 2011-ci il Hüsnü Mübarəkin devrildiyi zaman CBS kanalının xəbər bölməsinin rəhbəri Lora Lorqanın döyülərək təcavüzə məruz qaldığı məkanda baş verib.
 
Hollivud Reporterin yaydığı xəbərə əsasən, Qahirədki Hollandiya səfirliyi misirli etirazçılar tərəfindən həyata keçirilmiş uyğun qeyri-insani olayı təsdiqləyərək bildirib ki, 22 yaşlı hollandiyalı jurnalist cümə axşamı günü Təhrir meydanında cinsi təcavüzə məruz qalıb. Jurnalistə ilkin tibbi yardımlar göstərildikdən sonra o Hollandiyaya göndərilib.


Story Code: 279512

News Link :
https://www.islamtimes.org/az/news/279512/təhrir-meydanında-hollandiyalı-jurnalist-zorlandı

Islam Times
  https://www.islamtimes.org