QR CodeQR Code

Mahmud Əhmədinejad :

TŞ ABŞ-ın əlində bir vasitədir

IRIB , 12 Jun 2010 12:40

İran İslam Respublikasının prezidenti Təhlükəsizlik Şurasını bu şuranın zəifliyi nişanəsi adlandıraraq bu şuranı ABŞ-ın əlində bir vasitə sayıb.


İRNA-nın məlumatına görə, Mahmud Əhmədinejad bu gün Çinin Şanxay şəhərində müxbirlər qarşısında deyib: 1929 saylı qətnamə göstərdi ki, TŞ Amerika dövlətinin əlində bir vasitədir.

Əhmədinejad əlavə edib: TŞ göstərdi ki, demokratik deyil və onun quruluşu diktaturadır.

İran prezidenti söyləyib: İran xalqının nöqtəyi-nəzərincə 1929 saylı qətnamə hüquqi dəyərə malik deyil və onlar bir qrupun bu qətnaməni izləyəcəyini gözləməkdə böyük səhvə yol verirlər.

İİR prezidenti habelə ABŞ-ın sabiq prezidenti C. Buşu müasir tarixin ən mənfur siması adlandıraraq deyib: Son qətnamə Amerikanın hazırkı prezidenti Brarak Obamanın dəyişiklik şüarının sonu deməkdir.

Əhmədinejad ABŞ dövlətini xalqları aldatmaqda ittiham edərək deyib: Həm ölkələri işğal edən, həm milyonlarla insanı qırğın edən, həm də diktatorları dəstəkləyən bu dövlət aldatmaq üçün azadlıq və insan haqlarını himayə şüarları verir.


Story Code: 28142

News Link :
https://www.islamtimes.org/az/news/28142/tş-abş-ın-əlində-bir-vasitədir

Islam Times
  https://www.islamtimes.org