0
Saturday 12 June 2010 - 12:40
Mahmud Əhmədinejad :

TŞ ABŞ-ın əlində bir vasitədir

Story Code : 28142
TŞ ABŞ-ın əlində bir vasitədir
İRNA-nın məlumatına görə, Mahmud Əhmədinejad bu gün Çinin Şanxay şəhərində müxbirlər qarşısında deyib: 1929 saylı qətnamə göstərdi ki, TŞ Amerika dövlətinin əlində bir vasitədir.

Əhmədinejad əlavə edib: TŞ göstərdi ki, demokratik deyil və onun quruluşu diktaturadır.

İran prezidenti söyləyib: İran xalqının nöqtəyi-nəzərincə 1929 saylı qətnamə hüquqi dəyərə malik deyil və onlar bir qrupun bu qətnaməni izləyəcəyini gözləməkdə böyük səhvə yol verirlər.

İİR prezidenti habelə ABŞ-ın sabiq prezidenti C. Buşu müasir tarixin ən mənfur siması adlandıraraq deyib: Son qətnamə Amerikanın hazırkı prezidenti Brarak Obamanın dəyişiklik şüarının sonu deməkdir.

Əhmədinejad ABŞ dövlətini xalqları aldatmaqda ittiham edərək deyib: Həm ölkələri işğal edən, həm milyonlarla insanı qırğın edən, həm də diktatorları dəstəkləyən bu dövlət aldatmaq üçün azadlıq və insan haqlarını himayə şüarları verir.
Source : IRIB
Comment