QR CodeQR Code

"Yeni hökumət İranın nüvə haqqından imtina etməyəcək

15 Jul 2013 10:06

IslamTimes - "İran İslam Respublikası Həsən Ruhaninin hakimiyyəti dövründə xalqın mənafeyini nəzərə alaraq sülhməqsədli nüvə fəaliyyətini davam etdirəcək."


APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İran parlamentinin xarici əlaqələr komissiyasının sədri Vahid Əhmədi bildirib.
 
Onun sözlərinə görə, İranın yeni prezidenti Həsən Ruhaninin rəhbərliyi altında qurulacaq XI hökumət nüvə siyasətində xalqın mənafeyini nəzərə alacaq: “Bu səbəbdən İranın mövcud nüvə siyasətinin dəyişməsini gözləməmək lazımdır”.
 
V.Əhmədi İranın nüvə fəaliyyətlərinin tamamilə sülh məqsədli olduğunu deyərək, “altılıq” ölkələrinə rəsmi Tehranın nüvə siyasətinin yeni hökumətdə dəyişməsini gözləməməyi məsləhət görüb.


Story Code: 283176

News Link :
https://www.islamtimes.org/az/news/283176/yeni-hökumət-iranın-nüvə-haqqından-imtina-etməyəcək

Islam Times
  https://www.islamtimes.org