QR CodeQR Code

İran və İraq arasında qaz sazişi imzalandı

22 Jul 2013 11:21

IslamTimes - İran və İraq arasında İraqın "Bağdad", "Sadr" və "Əl-Mansura" SES-lərinə qazın nəqli ilə bağlı sazış imzalanıb.


Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, bu haqda İran hökumətinin mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə deyilir ki, sazişi İranın neft sənayesi naziri Rüstəm Qasimi və iraqlı həmkarı Abdul Karim Luaibi imzalayıb.
 
Qeyd edək ki, sazişin imzalanması üçün aparılan danışıqlar 2 il idi ki, davam edirdi. Sazişə əsasən, İran 3.7 milyard dollar məbləğində İraqa qaz nəql edəcək. Qaz kəməri isə bir neçə aydan sonra hazır olacaq.


Story Code: 285639

News Link :
https://www.islamtimes.org/az/news/285639/iran-və-iraq-arasında-qaz-sazişi-imzalandı

Islam Times
  https://www.islamtimes.org