0
Monday 22 July 2013 - 11:21

İran və İraq arasında qaz sazişi imzalandı

Story Code : 285639
İran və İraq arasında qaz sazişi imzalandı
Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, bu haqda İran hökumətinin mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə deyilir ki, sazişi İranın neft sənayesi naziri Rüstəm Qasimi və iraqlı həmkarı Abdul Karim Luaibi imzalayıb.
 
Qeyd edək ki, sazişin imzalanması üçün aparılan danışıqlar 2 il idi ki, davam edirdi. Sazişə əsasən, İran 3.7 milyard dollar məbləğində İraqa qaz nəql edəcək. Qaz kəməri isə bir neçə aydan sonra hazır olacaq.
Comment