QR CodeQR Code

“Avropa Birliyinin “Hizbullah”ı terrorçu təşkilatların siyahısına salması qərəzli addımdır”

23 Jul 2013 12:24

IslamTimes - “Avropa Birliyi tərəfindən Livanda fəaliyyət göstərən “Hizbullah” qruplaşmasının terrorçu təşkilatların siyahıya salınması qərəzli və qeyri-professional addımdır”.


APA-nın “Press TV” kanalına istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlər üçün keçirilən ənənəvi brifinqdə İran XİN sözçüsü Səid Abbas Əraqçı bildirib. Onun sözlərinə görə, İran bu qərarı Livan xalqına qarşı hörmətsizlik kimi dəyərləndirir: “Biz bunu Livan xalqına qarşı bir addım kimi dəyərləndiririk. Təşkilat ölkənin siyasi arenasında çıxış edir və İsrail rejiminə qarşı qanuni mübarizə aparır. Buna görə də, “Hizbullah”ın adının bu siyahıya salınması düşünülməmiş və Yaxın Şərq kimi həssas regionda sülhün və stabilliyin bərqərar olmasına yardım etməyən bir addımdır. Ümid edirik ki, bu qərar qruplaşmanın mübarizədə dəyişikliklərə səbəb olmayacaq”.


Story Code: 286014

News Link :
https://www.islamtimes.org/az/news/286014/avropa-birliyinin-hizbullah-ı-terrorçu-təşkilatların-siyahısına-salması-qərəzli-addımdır

Islam Times
  https://www.islamtimes.org