0
Tuesday 23 July 2013 - 12:24

“Avropa Birliyinin “Hizbullah”ı terrorçu təşkilatların siyahısına salması qərəzli addımdır”

Story Code : 286014
“Avropa Birliyinin “Hizbullah”ı terrorçu təşkilatların siyahısına salması qərəzli addımdır”
APA-nın “Press TV” kanalına istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlər üçün keçirilən ənənəvi brifinqdə İran XİN sözçüsü Səid Abbas Əraqçı bildirib. Onun sözlərinə görə, İran bu qərarı Livan xalqına qarşı hörmətsizlik kimi dəyərləndirir: “Biz bunu Livan xalqına qarşı bir addım kimi dəyərləndiririk. Təşkilat ölkənin siyasi arenasında çıxış edir və İsrail rejiminə qarşı qanuni mübarizə aparır. Buna görə də, “Hizbullah”ın adının bu siyahıya salınması düşünülməmiş və Yaxın Şərq kimi həssas regionda sülhün və stabilliyin bərqərar olmasına yardım etməyən bir addımdır. Ümid edirik ki, bu qərar qruplaşmanın mübarizədə dəyişikliklərə səbəb olmayacaq”.
Comment