QR CodeQR Code

Səudiyyə təhlükəsizlik qüvvələri etirazçıların evlərinə od vurublar

Islamtimes , 31 Jul 2013 16:07

İslamtimes - Səudiyyə Ərbistanın təhlükəsizlik qüvvələri Avamiyə şəhərində anti-hökumət etirazçıları həbs etmək üçün təşkil etdikləri əməliyyat zamanı bir sıra avtomobillərə və evlərə od vuraraq yandırıbar.


islamtimes.org/az/ - Sosial şəbəkələrdə yayılan videoda hadisənin bazar ertəsi günü Səudiyyə təhlükəsizlik qüvvələrinin hüquq müdafiəçisi Abbas Əli Muhəmməd əl Mazranın evinə hücum etdikdən sonra baş verdiyi nümayiş etdirilir.

Verilən məlumata əsasən hadisə nəticəsində bir nəfər yaralanıb.
Abbas əl Mazra Avamiyə və Qatif şəhərlərində anti-hökumət nümayişləri təşkil etməkdə ittiham edilən və krallığın daxili işlər nazirliyi tərəfindən axtarışda olan 23 səudiyyəli fəaldan biridir. Bu fəallardan artıq bir neçəsi həbs edilib.

Səudiyyə təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi əməliyyat nəticəsində Mazranın həbs edilib-edilməməsi haqqında heç bir məlumat verilmir.

2011-ci ilin fevral ayından etibarən Səudiyyə Ərəbistanın Şərq Əyaləti hökumət əleyhinə nümayişlərə şahidlik edir. Etriazçılar siyasi islahatların keçirilməsini, daha çox azadlıq, söz azadlığı və 16 ildən artıq mühakimə edilmədən həbsdə olan siyasi məhbusların azad edilməsini tələb edirlər.

Onlar həmçinin neft ilə zəngin olan ölkədə iqtisadi və dini ayrıseçkiliyi və hökumətin qonşu Bəhreyndə dinc nümayişçilərə qarşı zorakılıqda iştirakını tənqid edirlər.

Səudiyyə Ərəbistanında etriazların və siyasi yığıncaqların hər bir növü qadağan edilib. Aktivistlərin bildirdiyinə görə ölkədə 30 mindən çox siyasi məhbus mövcuddur.


Story Code: 288546

News Link :
https://www.islamtimes.org/az/news/288546/səudiyyə-təhlükəsizlik-qüvvələri-etirazçıların-evlərinə-od-vurublar

Islam Times
  https://www.islamtimes.org