QR CodeQR Code

Çin ABŞ-ın İrana tətbiq etdiyi yeni sanksiyalara qarşı çıxdı

4 Aug 2013 16:09

IslamTimes - Çin Xarici İşlər Nazirliyi bir daha Amerikanın İrana tətbiq etdiyi birtərəfli sanksiyalara qarşı çıxdı.


İranın ən böyük ticarət partnyoru və ən böyük neft idxalçısı olan Çin rəhbərliyi bir daha bunu qınayıb.  Amerika Nümayəndələr Palatasının İrandan neft idxalının gündə daha bir milyon barrel azaldılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləməsindən sonra Çin Xarici İşlər Nazirliyi qərara reaksiya verdi. Çin XİN-i rəsmi Pekinin uzun müddətdir İranın nüvə məsələsinin dialoq yolu ilə təhlil edilməsini istədiyini, həmçinin bir ölkənin bir başqa ölkəyə öz daxili qanunlarına görə sanksiya tətbiqinə də qarşı olduqlarını vurğuladı.
 
Çin XİN-i rəsmi Pekinin xüsusilə üçüncü ölkələrin maraqlarına zərər verən bu cür sanksiyalara qarşı olduğunu ifadə etdi.  /deyerler/


Story Code: 289683

News Link :
https://www.islamtimes.org/az/news/289683/çin-abş-ın-irana-tətbiq-etdiyi-yeni-sanksiyalara-qarşı-çıxdı

Islam Times
  https://www.islamtimes.org