0
Sunday 4 August 2013 - 16:09

Çin ABŞ-ın İrana tətbiq etdiyi yeni sanksiyalara qarşı çıxdı

Story Code : 289683
Çin ABŞ-ın İrana tətbiq etdiyi yeni sanksiyalara qarşı çıxdı
İranın ən böyük ticarət partnyoru və ən böyük neft idxalçısı olan Çin rəhbərliyi bir daha bunu qınayıb.  Amerika Nümayəndələr Palatasının İrandan neft idxalının gündə daha bir milyon barrel azaldılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləməsindən sonra Çin Xarici İşlər Nazirliyi qərara reaksiya verdi. Çin XİN-i rəsmi Pekinin uzun müddətdir İranın nüvə məsələsinin dialoq yolu ilə təhlil edilməsini istədiyini, həmçinin bir ölkənin bir başqa ölkəyə öz daxili qanunlarına görə sanksiya tətbiqinə də qarşı olduqlarını vurğuladı.
 
Çin XİN-i rəsmi Pekinin xüsusilə üçüncü ölkələrin maraqlarına zərər verən bu cür sanksiyalara qarşı olduğunu ifadə etdi.  /deyerler/
Comment