QR CodeQR Code

Yaponiyada ABŞ əleyhinə oturaq etiraz aksiyası keçirilib

4 Aug 2013 16:11

IslamTimes - ABŞ-ın Okinava adasındakı Futemma hava bazası qarşısında "MV-22 Osprey" əlavə konvertoplanlarının yerləşdirilməsi əleyhinə mitinq keçirilib


200-ə yaxın insanın iştirak etdiyi oturaq aksiya polis tərəfindən dağıdılıb. ABŞ Yaponiyadakı bazalarda 36 konvertoplan yerləşdirməyi planlaşdırır.  Son məlumata görə, bu 36 konvertoplanlardan 2-si artıq Okinava istiqamətinə yola düşüb.
 
Xatırladaq ki, keçən ilin oktyabrında amerikalı hərbçilər "MV-22 Osprey" konvertoplanlarının Futemma bazasına köçürülməsinə başlayanda, yerli əhalinin və əyalət rəhbərliyinin etirazları ilə üz-üzə qalmalı olmuşdular.
 
 Həm sakinlər, həm də Okinavanın valisi Hirokadzu Nakaima konvertoplanların istifadəsinin nə qədər təhlükəsiz olduğuna şübhə ilə yanaşaraq onların yerləşdirilməsinin kəskin əleyhinədir.  /islamazeri/


Story Code: 289685

News Link :
https://www.islamtimes.org/az/news/289685/yaponiyada-abş-əleyhinə-oturaq-etiraz-aksiyası-keçirilib

Islam Times
  https://www.islamtimes.org