QR CodeQR Code

Ruhani, Əhmədinejad: İsrail yer üzündən silinməlidir

Islamtimes , 2 Aug 2013 13:41

Islamtimes - İranın yeni seçilmiş prezidenti Həsən Ruhani deyib ki, sionizm müsəlmanlara vurulmuş bir yaradır və tezliklə təmizlənməlidir.


Prezidentlik kürsüsünü təhvil verən Məhmud Əhmədinejad isə deyib ki, sionizmin kökü regiondan kəsilməlidir.

Qüds Günün münasibəti ilə təşkil edilmiş nümayişlərdə istirak edən Ruhani deyib: “Sionist rejimi uzun illərdir ki, müsəlman dünyasının bədəninə vurulmuş bir yaradır və tez bir zamanda təmizlənməlidir.”
Sionist rejimi və Fələstin hökuməti arasında olan sülh danışıqlarına toxunan Ruhani deyib ki, İsrail güzəştlərinin əvəzi olaraq Fələstin xalqına qarşı öz təcavüzkar siyasətini davam etdirir.
O deyib: “Danışıqlar İsraili özünü sülhsevər göstərməsi üçün çox yaxşı fürsət yaradır.”O bu açıqlamanı and içmə mərasimindən bir gün əvvəl etdi.

Əhmədinejat isə öz növbəsində sonuncu çıxışı zamanı İsraili xəbərdarlıq edərək bildirib ki, tezliklə regionda sionizmin kökünün kəsəcək bir fırtına baş verəcək.

Əhmədinejad deyib: “Qoy Allah şahidim olsun ki, mən sizə sionizmin kökünü regiondan kəsəcək böyük dağıdıcı bir fırtına söz verirəm və İsrail rejiminə bu regionda yer yoxdur.”


Story Code: 289769

News Link :
https://www.islamtimes.org/az/news/289769/ruhani-əhmədinejad-israil-yer-üzündən-silinməlidir

Islam Times
  https://www.islamtimes.org