QR CodeQR Code

Bəşər Əsəd üsyançılar üzərində qələbəyə əmin olduğunu bildirib

Islamtimes , 2 Aug 2013 13:49

İslamtimes - Suriya prezidenti Bəşər Əsəd deyib ki, o xaricdən dəstək alan üsyançılar üzərində əminliklə qələbə qazanacaq.


islamtimes.org/az/ - Suriya prezidenti bu açıqlamanı ölkənin Ordu Günü münasibəti ilə cümə axşamı günü dövlət televiziyası ilə etdiyi çıxışı zamanı edib.

Əsəd deyib: “Əgər biz qələbəyə əmin olmasaydıq heç vaxt müqavimət göstərməzdik və iki il ərzində təcavüz qarşısında tab gətirə bilməzdik.”

Çərşənbə günü Suriya ordu qüvvələri Homs şəhərinin qərbində yerləşən strateji Xalidiyyə məhəlləsi üzərində üstünlük əldə ediblər.

Bu uğurdan sonra Suriya ordusu deyib ki, onlar əsasən Homsdakı Varşa, Qarabis və Şahay məhəllələri üzərində nəzarəti ələ gətirməyə çalışırlar.

Ordu nümayəndələrinə müraciət edən Əsəd deyib: “Mənim sizə böyük inamım var və sizin təyin olunmuş vəzifəni yerinə yetirəcəyinizə güvənirəm.”

Prezident daha sonra ordunun terrorizmə qarşı mübarizədə oynadığı rolu alqışlamış və ordunun xalqın tarixində xüsusi rol oynadığını demişdir.

İyun ayında Suriya ordu qüvvələri üsyançılar tərəfindən zəbt edilmiş Homs şəhərini azad etmək üçün geniş miqyaslı əməliyyatlara başlayıb.

Suriya ordusu halhazırda təkfirçilərə qarşı əsasən üç məntəqədə - Dara, Homs və Hələbdə geniş miqyaslı əməliyyatlar aparırlar.


Story Code: 289770

News Link :
https://www.islamtimes.org/az/news/289770/bəşər-əsəd-üsyançılar-üzərində-qələbəyə-əmin-olduğunu-bildirib

Islam Times
  https://www.islamtimes.org