0
Friday 2 August 2013 - 13:49

Bəşər Əsəd üsyançılar üzərində qələbəyə əmin olduğunu bildirib

Story Code : 289770
Bəşər Əsəd üsyançılar üzərində qələbəyə əmin olduğunu bildirib
Bəşər Əsəd üsyançılar üzərində qələbəyə əmin olduğunu bildirib
Islam times.org/az/ - Suriya prezidenti bu açıqlamanı ölkənin Ordu Günü münasibəti ilə cümə axşamı günü dövlət televiziyası ilə etdiyi çıxışı zamanı edib.

Əsəd deyib: “Əgər biz qələbəyə əmin olmasaydıq heç vaxt müqavimət göstərməzdik və iki il ərzində təcavüz qarşısında tab gətirə bilməzdik.”

Çərşənbə günü Suriya ordu qüvvələri Homs şəhərinin qərbində yerləşən strateji Xalidiyyə məhəlləsi üzərində üstünlük əldə ediblər.

Bu uğurdan sonra Suriya ordusu deyib ki, onlar əsasən Homsdakı Varşa, Qarabis və Şahay məhəllələri üzərində nəzarəti ələ gətirməyə çalışırlar.

Ordu nümayəndələrinə müraciət edən Əsəd deyib: “Mənim sizə böyük inamım var və sizin təyin olunmuş vəzifəni yerinə yetirəcəyinizə güvənirəm.”

Prezident daha sonra ordunun terrorizmə qarşı mübarizədə oynadığı rolu alqışlamış və ordunun xalqın tarixində xüsusi rol oynadığını demişdir.

İyun ayında Suriya ordu qüvvələri üsyançılar tərəfindən zəbt edilmiş Homs şəhərini azad etmək üçün geniş miqyaslı əməliyyatlara başlayıb.

Suriya ordusu halhazırda təkfirçilərə qarşı əsasən üç məntəqədə - Dara, Homs və Hələbdə geniş miqyaslı əməliyyatlar aparırlar.
Source : Islamtimes
Comment