QR CodeQR Code

İşğalçı İsrailin baş naziri əməliyyat üçün təcili xəstəxanaya aparılıb

11 Aug 2013 14:48

IslamTimes - İsrailin baş naziri Binyamin Netanyahu qarın nahiyəsində kəskin ağrılar səbəbindən Qüdsdəki xəstəxanaların birinə aparılıb.


APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, Netanyahunun şəxsi həkimi ona “mədə dəbəliyi” diaqnozu qoyub.   
 
Müvafiq müayinələrdən sonra həkimlər əməliyyat etməyə qərar veriblər. Bir saatlıq əməliyyat yerli (lokal) narkoz altında aparılması planlaşdırılır. Məlumata görə, ümumi narkoz tətbiq olunacağı təqdirdə baş nazirin səlahiyyətlərini müvəqqəti müdafiə naziri Moşe Yaalon icra edəcək.
 
Netanyahunun xəstəxanadan buraxılması artıq avqustun 11-də günün ikinci yarısında gözlənilir.


Story Code: 291434

News Link :
https://www.islamtimes.org/az/news/291434/işğalçı-israilin-baş-naziri-əməliyyat-üçün-təcili-xəstəxanaya-aparılıb

Islam Times
  https://www.islamtimes.org