QR CodeQR Code

Putin Həsən Ruhani ilə görüşəcək

11 Aug 2013 15:25

IslamTimes - Rusiya prezidentinin köməkçisi: “İran və Rusiya prezidentləri arasında görüş sentyabrda Bişkekdə keçiriləcək”


Rəsmi Kreml İran və Rusiya prezidentləri arasında gələn ay görüş keçirilməsi barədə razılıq verib. APA-nın “Press TV”yə istinadən verdiyi məlumatına görə, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun açıqlamasında bildirilib.

Onun sözlərinə görə, Vladimir Putinlə Həsən Ruhani arasında görüşün Qırğızıstanın paytaxtı Bişkek şəhərində təşkil ediləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) liderlərinin zirvəsinin toplantısı çərçivəsində keçirilməsi qərara alınıb.

Qeyd edək ki, ŞƏT liderlərinin zirvəsinin toplantısı bu il sentyabrın 13-də keçiriləcək.


Story Code: 291452

News Link :
https://www.islamtimes.org/az/news/291452/putin-həsən-ruhani-ilə-görüşəcək

Islam Times
  https://www.islamtimes.org