QR CodeQR Code

ABŞ Soyuq Müharibənin “yeni növünə” start verir

Islamtimes , 10 Aug 2013 22:59

İslamtimes - Amerikalı jurnalist deyib ki, Moskva Amerika cəsus proqramının üstünü açan Edvard Snoudenə bu ayın əvvəllərində sığınacaq verdikdən sonra ABŞ Rusiyaya qarşı Soyuq Müharibənin yeni növünə start verib.


Cümə günü ABŞ prezidenti Barak Obama deyib ki, Vladimir Putin yenidən hakimiyyətə gəldikdən sonra Rusiya Soyuq Müharibə münasibətini xatırladan anti-Amerika addımları atır.

İki super güc arasında vəziyyət Moskva ABŞ milli təhlükəsizlik agentliyinin gizli cəsus proqramını ifşa edən Edvard Snoudenə bir illik sığınacaq verdikdən sonra gərginləşməyə başlayıb.

Şənbə günü Press TV-yə müsahibə verən “Stop NATO” təşkilatının rəhbəri Rick Rozoff deyib: “Dünya yenidən ABŞ və Rusiya arasında tək siyasi, iqtisadi və diplomatik deyil, həmçinin mümkündür ki, hərbi qarşıdurma ilə yenidən təhlükə altında olsun.”

Rozoff deyib ki, ABŞ siyasi elitası dövlətin öz xalqına qarşı etdiyi cinayətləri gizlətmək üçün Rusiyanı özü üçün xarici düşmən simvoluna çevirib.

Rozoff qəhraman Edvard Snoudenin Obama administrasiyasının əsl simasını ifşa etdiyini demiş və bildirmişdir ki, ABŞ halhazırda iqtisadi, sosial və digər daxili problemlərin içində itib batır.


Story Code: 291584

News Link :
https://www.islamtimes.org/az/news/291584/abş-soyuq-müharibənin-yeni-növünə-start-verir

Islam Times
  https://www.islamtimes.org