0
Saturday 10 August 2013 - 22:59

ABŞ Soyuq Müharibənin “yeni növünə” start verir

Story Code : 291584
ABŞ Soyuq Müharibənin “yeni növünə” start verir
ABŞ Soyuq Müharibənin “yeni növünə” start verir
Cümə günü ABŞ prezidenti Barak Obama deyib ki, Vladimir Putin yenidən hakimiyyətə gəldikdən sonra Rusiya Soyuq Müharibə münasibətini xatırladan anti-Amerika addımları atır.

İki super güc arasında vəziyyət Moskva ABŞ milli təhlükəsizlik agentliyinin gizli cəsus proqramını ifşa edən Edvard Snoudenə bir illik sığınacaq verdikdən sonra gərginləşməyə başlayıb.

Şənbə günü Press TV-yə müsahibə verən “Stop NATO” təşkilatının rəhbəri Rick Rozoff deyib: “Dünya yenidən ABŞ və Rusiya arasında tək siyasi, iqtisadi və diplomatik deyil, həmçinin mümkündür ki, hərbi qarşıdurma ilə yenidən təhlükə altında olsun.”

Rozoff deyib ki, ABŞ siyasi elitası dövlətin öz xalqına qarşı etdiyi cinayətləri gizlətmək üçün Rusiyanı özü üçün xarici düşmən simvoluna çevirib.

Rozoff qəhraman Edvard Snoudenin Obama administrasiyasının əsl simasını ifşa etdiyini demiş və bildirmişdir ki, ABŞ halhazırda iqtisadi, sosial və digər daxili problemlərin içində itib batır.
Source : Islamtimes
Comment