QR CodeQR Code

Milli Şura ümumrespublika mitinqi üçün dörd yer istəyib

13 Aug 2013 11:30

IslamTimes - Milli Şura rəhbərliyi avqustun 18-ə təyin edilən ümumrespublika mitinqi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət göndərib.


Bu barədə Modern.az-a Milli Şuranın üzvü, Müsavat başqanının müavini Gülağa Aslanlı bildirib. Onun sözlərinə görə, mitinqlə bağlı müraciət artıq Bakı merinə təqdim edilib.

G.Aslanlı həmçinin bildirib ki, Milli Şura mitinq üçün H.Abutalıbovda 4 yer istəyib.
 
“Milli Şura mitinqin keçirilməsi üçün 4 yer təklif edib. Mitinqi “Nərimanov” metrosunun qarşısı, “Dərnəgül” metrosunun qarşısındakı meydan, “Təbriz” kinoteatrının qarşısına keçirməyi təklif etmişik”-deyə bildirən MŞ üzvü icazəsiz mitinq keçirməyəcəklərini açıqlayıb.
 
“İndiki halda Milli Şura yalnız razılaşdırılmış mitinq keçirməyi qərara alıb. “20-ci sahə”ni təklif etsələr çox güman ki, orada mitinq keçirəcəyik”.
 
Qeyd edək ki, Milli Şuranın ötən gün keçirilən gərgin iclasında avqustun 18-də saat 17:00-da ümumjrespublika mitinqinin keçirilməsinə qərar verilib.


Story Code: 291940

News Link :
https://www.islamtimes.org/az/news/291940/milli-şura-ümumrespublika-mitinqi-üçün-dörd-yer-istəyib

Islam Times
  https://www.islamtimes.org