QR CodeQR Code

ABŞ-da silahlı şəxs azı 3 nəfəri girov götürüb

14 Aug 2013 08:16

IslamTimes - ABŞ-ın Luiziana ştatındakı bankların birində silahlı şəxs azı 3 nəfəri girov götürüb.


APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, insident Sent Cosef şəhərində baş verib. Cinayətkarın üzərində avtomat silah olduğu bildirilir.
 
Məlumata görə, girov götürülmüş şəxslərin bank işçisi olduğu ehtimal olunur. Binada müştərilərin olması barədə məlumat yoxdur.
 
Hadisə yerinə polis cəlb olunub. Federal Təhqiqat Bürosunun da əməkdaşlarının gəlməsi gözlənilir.


Story Code: 292252

News Link :
https://www.islamtimes.org/az/news/292252/abş-da-silahlı-şəxs-azı-3-nəfəri-girov-götürüb

Islam Times
  https://www.islamtimes.org