0
Wednesday 14 August 2013 - 08:16

ABŞ-da silahlı şəxs azı 3 nəfəri girov götürüb

Story Code : 292252
ABŞ-da silahlı şəxs azı 3 nəfəri girov götürüb
APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, insident Sent Cosef şəhərində baş verib. Cinayətkarın üzərində avtomat silah olduğu bildirilir.
 
Məlumata görə, girov götürülmüş şəxslərin bank işçisi olduğu ehtimal olunur. Binada müştərilərin olması barədə məlumat yoxdur.
 
Hadisə yerinə polis cəlb olunub. Federal Təhqiqat Bürosunun da əməkdaşlarının gəlməsi gözlənilir.
Comment