QR CodeQR Code

Misirdə baş vermiş toqquşmalarda ölən və yaralananlar var

14 Aug 2013 08:35

IslamTimes - Qahirədə Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin tərəfdarları və əleyhdarları arasında toqquşmalar baş verib.


APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, “Müsəlman qardaşlar” hərəkatının nümayəndələrinin açıqlamasında qeyd olunur ki, polis işçisinin etirazçılara açdığı atəş nəticəsində azı 5 hərəkat üzvü yaralanıb. Agentlik həmçinin toqquşmalarda bir Mursi tərəfdarının öldürüldüyünü qeyd edir.  
 
Qeyd edək ki, avqustun 12-də Misir hakimiyyəti Mursi barəsində seçilmiş həbs qəti-imkan tədbirini əlavə 15 sutka müddətinə artırıb. Həbs müddətinin artırılması Baş Prokurorluğun Fələstinin “Həmas” hərəkatı ilə sövdələşmə faktının istintaqı çərçivəsində baş verib.


Story Code: 292253

News Link :
https://www.islamtimes.org/az/news/292253/misirdə-baş-vermiş-toqquşmalarda-ölən-və-yaralananlar-var

Islam Times
  https://www.islamtimes.org