QR CodeQR Code

Siyasi ekspert: Kimyəvi silahdan hücum ittihamı İsrailin növbəti anti-Suriya planıdır

Islamtimes , 24 Aug 2013 13:57

İslamtimes - Siyasi ekspert deyib ki, Dəməşqdə kimyəvi silahdan istifadə edərək olunan hücumdan İsrail istifadə edərək beynəlxalq ictimaiyyəti Dəməşqə qarşı qaldırması cəhdləri göstərir ki, bu hiylənin arxasında İsrail durur.


Siyasi ekspert olan Kevin Barret deyib: “İsrail müdafiə naziri Moşe Yalonun dünya ictimaiyyətinin nəzərini Suriya kimyəvi silah qırğınına yönəltmək cəhdi buna işarədir ki, bu hadisə İsrailin növbəti oyunlarından biridir.”

Çərşənbə günü kimyəvi silahdan hücum nəticəsində 1300 insanın həlak olması haqqında xəbərlər yayıldıqdan bir neçə saat sonra Yalon dərhal Suriya prezidenti Bəşər Əsədi xaricdən dəstək alan üsyançılara qarşı kimyəvi silahdan istifadə etməkdə ittiham etdi.

Suriya ordusu kimyəvi silahdan istifadə ittihamını kəskin şəkildə rədd etmiş və demişdir ki, bu hadisə Suriyaya səfər edən BMT kimyəvi silah ekspertlərini çadırma üçün qəsdən törədilib.

Yalon həmçinin Suriya münaqişəsini hakim Ələvi azlığı ilə Müsəlman Qardaşları və əl Qaidə üzvləri də daxil olmaqla sünni müxalifət arasında gedən bir münaqişə kimi təsvir etmiş və demişdir ki, sonda Suriya Sünni, Şiə və Kürdlərin rəhbərlik etdiyi ərazilərə bölünəcək.

Barret deyib ki, Yalonun açıqlaması Suriyadakı vəziyyəti heç də düzgün təsvir etmir, əksinə Yalonun dediyi Suriyada həyata keçirmək istədikləri plandır.

Analitik sonda deyib ki, Misirin keçmiş diktatoru Hüsni Mübarəkin azadlığa buraxılması da Sionist rejiminin planıdır.


Story Code: 295401

News Link :
https://www.islamtimes.org/az/news/295401/siyasi-ekspert-kimyəvi-silahdan-hücum-ittihamı-israilin-növbəti-anti-suriya-planıdır

Islam Times
  https://www.islamtimes.org