QR CodeQR Code

Suriyaya dair ABŞ-Rusiya danışıqları təxirə salınıb

27 Aug 2013 10:31

IslamTimes - ABŞ Dövlət Departamenti Suriyaya dair sülh konfransına hazırlıq məqsədilə rusiyalı diplomatlarla avqustun 28-ə təyin etdiyi danışıqları təxirə salıb.


APA-nın məlumatına görə, Dövlət Departamentindəki mənbələr bu qərarı Suriyada kimyəvi silah tətbiqinə cavaba dair məsləhətləşmələrin davam etməsi ilə əsaslandırıblar. Onlar qeyd ediblər ki, söhbət Suriyaya dair sülh konfransına hazırlıqla bağlı danışıqların təxirə salınmasında deyil, vaxtının dəyişdirilməsindən gedir.
 
Qeyd edək ki, ABŞ rəsmiləri Dəməşq yaxınlığında kimyəvi silah tətbiqinin hökumət qoşunları tərəfindən həyata keçirildiyini iddia edir. ABŞ yaxın günlərdə Suriyada kimyəvi silah tətbiqinə dair yeni sübutları açıqlayacağını vəd edirdi. Amma Suriya dövləti ötən gün silahlı terroristlərə məxsus çox sayda kimyəvi silah əldə edib. Bundan əlavə Rusiya bildirib ki, onlarda Suriyada kimyəvi silahlardan silahlı müxalifətin istifadə etdiyini sübuta yetirən peykdən çəkilmiş görüntülər var.


Story Code: 295903

News Link :
https://www.islamtimes.org/az/news/295903/suriyaya-dair-abş-rusiya-danışıqları-təxirə-salınıb

Islam Times
  https://www.islamtimes.org