QR CodeQR Code

Fransa terroristləri dəstəkləməkdə davam edir

30 Aug 2013 15:37

IslamTimes - Fransa prezidenti Fransua Olland Suriyada hərbi əməliyyatların çərşənbə günündən əvvəl başlaya biləcəyini açıqlayıb.


FaktXəbər-in verdiyi məlumata görə, Fransa prezidenti Fransua Olland Suriyada hərbi əməliyyatların çərşənbə günündən əvvəl başlaya biləcəyini açıqlayıb. Fransua Olland "Le Monde" qəzetinə müsahibəsində bildirib ki, Suriyaya hərbi müdaxilə Fransada parlamentin  təcili olaraq toplanacağı çərşənbə günündən əvvəl reallaşa bilər.
 
Qeyd edək ki, Fransa prezidenti həmçinin deyib ki, ölkəsi İngiltərə olmadan belə Suriyadakı əməliyyatlarda iştirak etməyi düşünür. Maraqlıdır ki, rəsmi Paris Malidə hökuməti dəstəkləyərək terrorçulara qarşı əməliyyatlar keçirsə də, Suriyada silahlı qruplaşmaları silah və maliyyə ilə təmin etməkdədir.
 
Bu arada Rusiya Hərbi Dəniz Qüvvələrinin "Admiral Kuzneçov" adlı gəmisi Suriyanın Tartus bazasına tərəf yollanır. Hərbi gəmi "Su-33" qırıcı, "Su-25" bombardmaçı təyyarələrini və "Ka-27" sudan müdafiə helikopterlərini daşıya bilir.


Story Code: 297019

News Link :
https://www.islamtimes.org/az/news/297019/fransa-terroristləri-dəstəkləməkdə-davam-edir

Islam Times
  https://www.islamtimes.org