QR CodeQR Code

Rusiya xəbərdarlıq etdi: Türkiyəyə getməyin

İslamtimes , 4 Sep 2013 14:30

İslamtimes - Rus vətəndaşlarının nəzarətə götürülməsi hadisələrindən sonra Amerika Birləşmiş Ştatları ilə günahkarların qaytarılması müqaviləsinin olduğu, aralarında Türkiyənin də olduğu ölkələrə səyahət etməmələri mövzusunda vətəndaşlarını xəbərdar etdi.


Rus rəsmi xəbər agentliyi Ria Novosti-də yayımlanan xəbərə görə, Rusiya Xarici işlər nazirliyindən edilən şərhdə dünyanın fərqli ölkələrində rus vətəndaşları ABŞ hüquq-mühafizə qüvvələrinin tələbi ilə cinayət təqibi və geri göndərilməsi üçün nəzarətə alınmağa başladı. Son gözaltılar arasında Litvada Dmitry Ustinov, İspaniyada Dmitry Belorossov, Kosta-Rikada Maksim Çukharev, Dominikan Respublikasında Aleksandr Panin var.

Nazirlikdən edilən yazılı şərhdə: “Rusiya Xarici İşlər Nazirliy, ABŞ hüquq-mühafizə qüvvələri ilə aralarında daha əvvəldən yaranan hər hansı bir problem varsa və bu mövzuda şübhələri varsa, bu vətəndaşların ABŞ ilə ekstradisiya müqaviləsi olan ölkələrə getməməsi mövzusunda tədbirli olmalarını və bu ölkələrə səyahət etməmələrini tövsiyə edir” deyildi.

Ölkələr siyahısında Türkiyə də var
Nazirliyin “getməyin” dediyi və ekstradisiya müqaviləsi olan ölkələr: İngiltərə, Tayland, İspaniya, Polşa, Portuqaliya, Latviya, Litva, Türkiyə, İsrail, Yunanıstan, Çex Respublikası, Kanada, Almaniya və Avstraliya.


Story Code: 298514

News Link :
https://www.islamtimes.org/az/news/298514/rusiya-xəbərdarlıq-etdi-türkiyəyə-getməyin

Islam Times
  https://www.islamtimes.org