QR CodeQR Code

Peres: Suriya İsrail ilə sülhdən imtina etdiyi üçün cəzalandırılır

İslamtimes , 18 Sep 2013 17:58

İslamtimes - Sionist İsrail rejiminin prezidenti Şimon Peres tərəfindən edilən açıqlamada deyilir ki, bugün Suriyada baş verənlər hamısı Ərəb dövlətinin İsrailə kompromizə getmədiyi üçündür.


İsrailin gündəlik dərc edilən Yediot Ahronoth qəzeti bazar günü məlumat dərc edərək Peresin “1973-cü il müharibəsi qəddarlığına baxmayaraq sülh gətirib” deməsini bildirib.

Sionist prezidenti deyib: “1973-cü il müharibəsinin nəticələrindən biri budur ki, Ənvər Sadatın öz xalqına sülh və təhlükəsizlik gətirən Misir ilə sülh müqaviləsi imzalandı, ancaq bunun əksinə olaraq müharibədə iştirak etməsinə baxmayaraq (Hafiz) Əsəd Sadatın sülh müqaviləsində iştirak etməkdən boyun qaçırdı.”

O deyib: “Bugün Suriya daxili müharibə yaşayır və Suriya xalqı Əsədin kompromizə getməməsinin əvəzini ödəyir. Bugün o imtina etdiyi üçün cəzalanır.”

Peres bu açıqlamanı 1973-cü il müharibəsi zamanı həlak olan sionist əsgərlərin anım mərasimində iştirak edərkən deyib. Mərasimə həmçinin baş nazir Benyamin Netanyahu və digər ordu və təhlükəsizlik rəsmiləri qatılıblar.

Bu bəyanatalar göstərir ki, Suriyada baş verənlər inqilab deyil, əksinə xarici təxribatdır və Suriya münaqişəsindən bəhrələnənlərin kim olduğunu açıq şəkildə göstərir.


Story Code: 303056

News Link :
https://www.islamtimes.org/az/news/303056/peres-suriya-israil-ilə-sülhdən-imtina-etdiyi-üçün-cəzalandırılır

Islam Times
  https://www.islamtimes.org