QR CodeQR Code

ABŞ Venesuella prezidenti üçün öz hava məkanını bağlayıb

20 Sep 2013 08:36

IslamTimes - ABŞ Venesuella prezidenti Nikolas Madura üçün öz hava məkanını bağlayıb.


Venesuella xarici işlər naziri Elias Haya prezidentin cümə günü Çinə getməli olduğunu deyib.
 
"Uçuş ərəfəsində biz amerikalı həmkarlarımızdan Amerika hava məkanından istifadənin qadağan edilıməsi barədə məlumat aldıq.Biz bunu Şimali Amerikanın təcavüzü kimi qiymətləndiririk. Heç kim dövlət səfərində olan prezidentin təyyarəsinin uçuşunu qadağan edə bilməz. Uçuşa icazə verilməməsi üçün heç bir arqument yoxdur".
 
Nazir ABŞ-ın prezidentin Çinə səfərinə mane ola bilməyəcəyini deyib. Onun sözlərinə görə, əgər ABŞ qərarını dəyişməsə Venesulella lazımi tədbir görmək hüququnu saxlayacaq.Hansı tədbirlərdən söhbət getdiyi isə açıqlanmayıb. /anspress/


Story Code: 303522

News Link :
https://www.islamtimes.org/az/news/303522/abş-venesuella-prezidenti-üçün-öz-hava-məkanını-bağlayıb

Islam Times
  https://www.islamtimes.org