QR CodeQR Code

Milli Şuranın mitinqi: Saxlanılanlar və döyülən var

22 Sep 2013 21:12

IslamTimes - Musavat.com-un ərazidə olan reportyorunun verdiyi məlumata görə, artıq partiya liderləri, Milli Şura rəhbərliyi meydana daxil lub. Meydana insan axını davam edir.


Minval.az saytının verdiyi son məlumata görə, artıq saxlanılanlar var. Bunlar, Nuru Abdullayev, Turla Sadıqlı, Anar Qurbanovdur. Digər bir məlumata görə isə Müsavat başqanının müşaviri Tural Abbaslı döyülüb.

****

Bu gün Milli Şura Bakıda Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (M.Seyidov küçəsi, 3155-ci məhəllə) mitinq keçirir.
 
Musavat.com-un mitinq keçirilən ərazidən verdiyi məlumata görə, artıq insanlar meydana toplaşmağa başlayıblar. Polis mitinqdə iştirak edənləri yoxladıqdan sonra əraziyə buraxır. Prosesə Bakı şəhər baş polis idarəsinin rəis müavini Səhlab Bağırovun başçılıq edir. 
 
Qeyd edək ki, mitinqə yaşı 18-dən az olan şəxslər buraxılmır.
 
Aksiyanın təşkilat komitəsi mitinqin keçirilməsini Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırıb.


Story Code: 304311

News Link :
https://www.islamtimes.org/az/news/304311/milli-şuranın-mitinqi-saxlanılanlar-və-döyülən-var

Islam Times
  https://www.islamtimes.org