0
Sunday 22 September 2013 - 21:12

Milli Şuranın mitinqi: Saxlanılanlar və döyülən var

Story Code : 304311
Milli Şuranın mitinqi: Saxlanılanlar və döyülən var
Minval.az saytının verdiyi son məlumata görə, artıq saxlanılanlar var. Bunlar, Nuru Abdullayev, Turla Sadıqlı, Anar Qurbanovdur. Digər bir məlumata görə isə Müsavat başqanının müşaviri Tural Abbaslı döyülüb.

****

Bu gün Milli Şura Bakıda Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (M.Seyidov küçəsi, 3155-ci məhəllə) mitinq keçirir.
 
Musavat.com-un mitinq keçirilən ərazidən verdiyi məlumata görə, artıq insanlar meydana toplaşmağa başlayıblar. Polis mitinqdə iştirak edənləri yoxladıqdan sonra əraziyə buraxır. Prosesə Bakı şəhər baş polis idarəsinin rəis müavini Səhlab Bağırovun başçılıq edir. 
 
Qeyd edək ki, mitinqə yaşı 18-dən az olan şəxslər buraxılmır.
 
Aksiyanın təşkilat komitəsi mitinqin keçirilməsini Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırıb.
Comment