QR CodeQR Code

Nikolas Maduro BMT-nin Baş Assambleasına getməkdən imtina edib

25 Sep 2013 07:38

IslamTimes - Venesuelanın prezidenti Nikolas Maduro BMT-nin Baş Assambleyasında iştirak etməkdən imtina edib. Rusiya mətbuatının verdiyi xəbərə görə, prezident öz şəxsi “Twitter” şəbəkəsində bildirib ki, Pekindən Karakasa qayıdır, Nyu-Yorka getmir.


Keçən həftə Venesuelanın Xarci İşlər Nazirliyi bildirib ki, ABŞ Moduronun təyyarəsini hava məkanından buraxmayıb. Bununla belə Moduro üçüncü gün BMT-nin Baş Assambleyasında iştirak etməyi və səfər çərçivəsində bir neçə ikitərəfli görüşlər keçirməyi planlaşdırırdı. Bu barədə Venesuelanın BMT-dəki səfərliyi və Venesuela dövlət televiziyası məlumat verir.
 
Özünün sosial şəbəkədəki hesabında Maduro: “Çərşəmbə günü mənim Venesuelada “İntensiv günüm” planlaşdırılıb”,- deyə paylaşıb.
 
Xatırladaq ki, Maduro ABŞ-a uçan zaman onun təyyarəsini ölkəyə buraxmayıblar. Bunu isə daha sonra ABŞ Dövlət Departamenti  Maduronun təyyarəsi rəsmi layner olmaması və qeydiyyata düşmək üçün gecikdiyi ilə izah etmişdi. /anspress/


Story Code: 305181

News Link :
https://www.islamtimes.org/az/news/305181/nikolas-maduro-bmt-nin-baş-assambleasına-getməkdən-imtina-edib

Islam Times
  https://www.islamtimes.org