0
Wednesday 25 September 2013 - 07:38

Nikolas Maduro BMT-nin Baş Assambleasına getməkdən imtina edib

Story Code : 305181
Nikolas Maduro BMT-nin Baş Assambleasına getməkdən imtina edib
Keçən həftə Venesuelanın Xarci İşlər Nazirliyi bildirib ki, ABŞ Moduronun təyyarəsini hava məkanından buraxmayıb. Bununla belə Moduro üçüncü gün BMT-nin Baş Assambleyasında iştirak etməyi və səfər çərçivəsində bir neçə ikitərəfli görüşlər keçirməyi planlaşdırırdı. Bu barədə Venesuelanın BMT-dəki səfərliyi və Venesuela dövlət televiziyası məlumat verir.
 
Özünün sosial şəbəkədəki hesabında Maduro: “Çərşəmbə günü mənim Venesuelada “İntensiv günüm” planlaşdırılıb”,- deyə paylaşıb.
 
Xatırladaq ki, Maduro ABŞ-a uçan zaman onun təyyarəsini ölkəyə buraxmayıblar. Bunu isə daha sonra ABŞ Dövlət Departamenti  Maduronun təyyarəsi rəsmi layner olmaması və qeydiyyata düşmək üçün gecikdiyi ilə izah etmişdi. /anspress/
Comment