QR CodeQR Code

İran nüvə probleminə dair danışıqlara dərhal başlamağa hazırdır

25 Sep 2013 18:20

IslamTimes - Danışıqların şəffaflığını təmin etmək və qeyri-müəyyənliyin aradan qaldırılması üçün İran nüvə probleminə dair səmərəli danışıqlara dərhal başlamağa hazırdır.


APA-nın “RİA Novosti”yə istnadən verdiyi xəbərə görə, bu barədə BMT Baş Assambleyasının sessiyasında ilk çıxışı zamanı İran prezidenti Həsən Ruhani bəyan edib.   
 
Ruhani qeyd edib ki, İran müəyyən vaxt çərçivəsində qarşılıqlı etimadın qurulması və qeyri-müəyyənliklərin aradan qaldırılması üçün səmərəli danışıqların başlanmasına hazırdır.  

“Bizim milli maraqlarımız İranın sülh məqsədli nüvə proqramına dair olan bütün real təlaşların    aradan qaldırılmasını tələb edir”, deyə Ruhani qeyd edib.  
 
Prezident bir daha bildirib ki, İranın hərbi doktrinasında nüvə silahına yer yoxdur. 


Story Code: 305183

News Link :
https://www.islamtimes.org/az/news/305183/iran-nüvə-probleminə-dair-danışıqlara-dərhal-başlamağa-hazırdır

Islam Times
  https://www.islamtimes.org