QR CodeQR Code

AŞ PA-dan Suriya hökumətinə dəstək

4 Oct 2013 02:34

IslamTimes - Avropa Şurası Parlament Assambleyası Suriyada rejimi dəyişmək ideyasına qarşı çıxdı.


Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Avropa Şurasına üzv ölkələrini Suriyada hakim rejimin devrilməsinə deyil, demokratik cəmiyyət qurulmasına yardımçı olmağa çağırıb. Musavat.com-un İTAR-TASS-a istinadla verdiyi xəbərə görə, bu gün Avropa Şurası Nazirlər komitəsinin Suriya ilə bağlı keçirdiyi təcili debatların sonunda yekdilliklə qəbul edilən müraciətdə belə deyilir.
 
Parlamentarlar üzv ölkələrdən xahiş ediblər ki, “Suriyada insan haqlarının, etnik, mədəni və dini azlıqların hüquqlarının qorunduğu demokratik, ədalətli, stabil dövlətin qurulmasını dəstəkləsinlər, nəinki hakim rejimin süqutuna çalışsınlar”.


Story Code: 307993

News Link :
https://www.islamtimes.org/az/news/307993/aş-pa-dan-suriya-hökumətinə-dəstək

Islam Times
  https://www.islamtimes.org