0
Friday 4 October 2013 - 02:34

AŞ PA-dan Suriya hökumətinə dəstək

Story Code : 307993
AŞ PA-dan Suriya hökumətinə dəstək
Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Avropa Şurasına üzv ölkələrini Suriyada hakim rejimin devrilməsinə deyil, demokratik cəmiyyət qurulmasına yardımçı olmağa çağırıb. Musavat.com-un İTAR-TASS-a istinadla verdiyi xəbərə görə, bu gün Avropa Şurası Nazirlər komitəsinin Suriya ilə bağlı keçirdiyi təcili debatların sonunda yekdilliklə qəbul edilən müraciətdə belə deyilir.
 
Parlamentarlar üzv ölkələrdən xahiş ediblər ki, “Suriyada insan haqlarının, etnik, mədəni və dini azlıqların hüquqlarının qorunduğu demokratik, ədalətli, stabil dövlətin qurulmasını dəstəkləsinlər, nəinki hakim rejimin süqutuna çalışsınlar”.
Comment