QR CodeQR Code

Cenevrədə ABŞ və İran arasında ikitərəfli görüş keçirilib

16 Oct 2013 10:47

IslamTimes - ABŞ-ın dövlət katibinin müavini Uendi Şerman oktyabrın 15-də İranın xarici işlər nazirinin müavini Səid Əraqçı ilə İranın nüvə proqramına dair görüş keçirib.


APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters”ə ABŞ Dövlət Departamentindəki mənbə bildirib.  
 
Görüş “altılıq” ölkələri ilə İran arasına aparılan danışıqlar çərçivəsində baş tutub.  

Mənbənin məlumatına görə, 1 saat davam edən görüş “faydalı” olub. Qeyd edək ki, bu görüş ABŞ və İran rəsmilərinin iki ölkə liderlərinin sentyabrda ixtilafların sülh yolla aradan qaldırılması təşəbbüsü ilə çıxışından sonra bu cür səviyyədə keçirilən ilk görüşüdür.


Story Code: 311508

News Link :
https://www.islamtimes.org/az/news/311508/cenevrədə-abş-və-iran-arasında-ikitərəfli-görüş-keçirilib

Islam Times
  https://www.islamtimes.org