QR CodeQR Code

Müsavat ilə Xalq Cəbhəsinin birləşməsi sifarişlidir?

17 Jul 2010 06:05

İslamTimes - “Müsavat Partiyası ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının birləşməsi ideyası xaricdən verilmiş sifarişin icrasıdır”.


SİA-nın verdiyi xəbərə görə, bu sözləri Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib. Seçki kampaniyasında bu kampaniyaya cəlb olunan siyasi təşkilatların dəstək mənbəyinin xalq, seçicilər olduğunu dilə gətirən sədr müavininin sözlərinə görə, bundan kənar hər hansı bir dəstəyə ümid bəsləyənin uğur qazanacağı mümkünsüzdür. O deyib ki, indiyə qədər həmin partiyalar arasında dəfələrlə birlik yaradılıb və hər dəfə bu proses iflasa uğrayıb. O, bu dəfə də yaranacaq birliyin iflas edəcəyini vurğulayıb: “Bizim üçün bu partiyaların birləşməsi hər hansı təhlükə mənbəyi yarada bilməz. Nəinki onlar, onlara birləşməyənlər belə o birliyə qoşulsalar da, onlar YAP-a təhlükə yaratmaq iqtidarında deyillər. Bu gün Yeni Azərbaycan Partiyasının qarşısına çıxacaq rəqib mövcud deyil. Son vaxtlar müxalifət daxilində baş verən proseslər müxalifətin onsuz da zəif olan gücünü daha da azaldıb. Onların daxilindəki rəqabət müxalifət daxilində seçki əhval-ruhiyyəsindən daha çox daxili münasibətlərin müəyyənləşdirilməsi ab-havasının olduğundan xəbər verir. Onlar daxili çəkişmələrlə müxalifət daxilində nüfuz mübarizəsi aparırlar. Qoy onlar bununla məşğul olsunlar. Amma biz YAP olaraq seçkilərlə məşğuluq”,- deyə Ə.Əhmədov əlavə edib.


Story Code: 31246

News Link :
https://www.islamtimes.org/az/news/31246/müsavat-ilə-xalq-cəbhəsinin-birləşməsi-sifarişlidir

Islam Times
  https://www.islamtimes.org