0
Saturday 17 July 2010 - 06:05

Müsavat ilə Xalq Cəbhəsinin birləşməsi sifarişlidir?

Story Code : 31246
Müsavat ilə Xalq Cəbhəsinin birləşməsi sifarişlidir?
Müsavat ilə Xalq Cəbhəsinin birləşməsi sifarişlidir?
SİA-nın verdiyi xəbərə görə, bu sözləri Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib. Seçki kampaniyasında bu kampaniyaya cəlb olunan siyasi təşkilatların dəstək mənbəyinin xalq, seçicilər olduğunu dilə gətirən sədr müavininin sözlərinə görə, bundan kənar hər hansı bir dəstəyə ümid bəsləyənin uğur qazanacağı mümkünsüzdür. O deyib ki, indiyə qədər həmin partiyalar arasında dəfələrlə birlik yaradılıb və hər dəfə bu proses iflasa uğrayıb. O, bu dəfə də yaranacaq birliyin iflas edəcəyini vurğulayıb: “Bizim üçün bu partiyaların birləşməsi hər hansı təhlükə mənbəyi yarada bilməz. Nəinki onlar, onlara birləşməyənlər belə o birliyə qoşulsalar da, onlar YAP-a təhlükə yaratmaq iqtidarında deyillər. Bu gün Yeni Azərbaycan Partiyasının qarşısına çıxacaq rəqib mövcud deyil. Son vaxtlar müxalifət daxilində baş verən proseslər müxalifətin onsuz da zəif olan gücünü daha da azaldıb. Onların daxilindəki rəqabət müxalifət daxilində seçki əhval-ruhiyyəsindən daha çox daxili münasibətlərin müəyyənləşdirilməsi ab-havasının olduğundan xəbər verir. Onlar daxili çəkişmələrlə müxalifət daxilində nüfuz mübarizəsi aparırlar. Qoy onlar bununla məşğul olsunlar. Amma biz YAP olaraq seçkilərlə məşğuluq”,- deyə Ə.Əhmədov əlavə edib.
Comment