QR CodeQR Code

6 terrorçu öldürüldü

20 Jul 2010 05:44

İslamTimes - Bakı. “İran tezliklə sərhədlərinin mühafizəsini gücləndirəcək”.


APA-nın İran xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bunu İranın daxili işlər naziri Məhəmməd Mustafa Nəccar deyib. O bildirib ki, ABŞ-ın və İsrailin himayə etdiyi terrorçu qruplar vaxtaşırı İranda vəziyyəti qarışdırmaq üçün müəyyən təxribatlar və terror aktları törədirlər: “Biz bunu bilirik və bu cəhdlərin qarşısını alacağıq. Onlar qonşu ölkələrdə xüsusi təlim keçərək elə həmin ölkə vasitəsilə istər qanuni, istərsə də qeyri-qanuni şəkildə İran sərhədlərini keçib öz çirkin niyyətlərini həyata keçirirlər”.
Qeyd edək ki, İranın təhlükəsizlik qüvvələri 5 iyun axşamı Zahidan şəhər məscidində terror aktı törədənlərin izinə düşüb. Təhlükəsizlik qüvvələri ilə terrorçular arasındakı toqquşmada 6 terrorçu öldürülüb.


Story Code: 31560

News Link :
https://www.islamtimes.org/az/news/31560/6-terrorçu-öldürüldü

Islam Times
  https://www.islamtimes.org