QR CodeQR Code

AB Belarusa qarşı sanksiyaların müddətini daha bir il uzadıb

30 Oct 2013 12:03

IslamTimes - Avropa Birliyi Belarusa qarşı tətbiq olunan sanksiyaların müddətini avtomatik olaraq daha bir il uzadıb.


APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, AB Şurasının bəyanatına görə, “insan hüquqları sahəsində dəyişikliyin olmaması” səbəbindən  sanksiyalar  2014-cü ilin oktyabrın sonunadək uzadılıb.  

Avropa Birliyinin Belarusa qarşı tətbiq etdiyi sanksiyalar paketi ölkə rəhbərliyinin nümayəndələrinin və bir sıra iri sahibkarların daxil edildiyi “qara siyahı”dan, Avropa sahibkarlarına bir sıra Belarus şirkətləri ilə əməkdaşlığa qoyulan qadağadan ibarətdir. 


Story Code: 315731

News Link :
https://www.islamtimes.org/az/news/315731/ab-belarusa-qarşı-sanksiyaların-müddətini-daha-bir-il-uzadıb

Islam Times
  https://www.islamtimes.org