QR CodeQR Code

Obama iqtidarı senatdan İran əleyhinə sanksiyaların təxirə salınmasını istədi

2 Nov 2013 10:49

IslamTimes - ABŞ hökumətindən bir nümayəndə heyəti Amerika senatorları ilə birgə iclas təşkil edərək İran əleyhinə olan sanksiyaların təxirə salınmasını istəyib.


"Frans-Press" xəbər agentliyinin bildirdiyinə görə, ABŞ vitse-prezidenti Co Baydenin rəhbərlik etdiyi və dövlət katibi Con Kerri ilə maliyyə naziri Cek Lonun da qatıldığı yüksək səviyyəli hökumət heyəti ilə senatorların iclası cümə axşamı günü axşam bağlı qapılar arxasında həyata keçirilib.

Alınan xəbərlərə görə Obama hökuməti bu iclasda demokrat və respublikaçı senatorlardan 5+1 qrupu ilə İran arasındakı gələcək iclas ərəfəsində ABŞ tərəfindən İrana qarşı bir sıra müsbət addımlar atılmasını və bu məqsədlə İran əleyhinə sanksiyaların təxirə salınmasını istəyib. /Deyerler/


Story Code: 316742

News Link :
https://www.islamtimes.org/az/news/316742/obama-iqtidarı-senatdan-iran-əleyhinə-sanksiyaların-təxirə-salınmasını-istədi

Islam Times
  https://www.islamtimes.org