QR CodeQR Code

Malidə girov götürülmüş Fransa jurnalistləri öldürülüb

3 Nov 2013 08:26

IslamTimes - Fransa XİN açıqlamasında Malidə girov götürülmüş Fransa jurnalistlərinin öldürüldüyünü bəyan edib.


APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, Klod Verlon və Gislen Düpon Malinin şimalındakı Kidal şəhərində girov götürülmüşdülər.
 
Əyalətin qubernatoru polkovnik Adama Kamissoko bildirib ki, jurnalistlər 4 silahlı şəxs tərəfindən saxlanılaraq naməlum istiqamətdə aparılıb.   
 
Hər iki jurnalist Radio France Internationale (RFI) əməkdaşı olub və ölkənin paytaxtı Bamakodan Kidal şəhərinə oktyabrın 29-da gəliblər.
 
“Röyters”in məlumatına görə, girov götürülməzdən əvvəl jurnalistlər üsyançı tuareqlərin birindən müsahibə alıblar. 


Story Code: 317036

News Link :
https://www.islamtimes.org/az/news/317036/malidə-girov-götürülmüş-fransa-jurnalistləri-öldürülüb

Islam Times
  https://www.islamtimes.org